İnsanlara hürriyət, millətlərə istiqlal!

Saakaşvili məhkəmədə prezidentdən əfv istədi

1524 20.11.2023 16:18 Son xəbər A A

Gürcüstanın sabiq Prezidenti Mixael Saakaşvili dövlət başçısı Salome Zurabişvilidən əfv olunmasını istəyib.

Musavat.com report-a istinadən xəbər verir ki, o, bu barədə məhkəmə iclasında danışıb.

Saakaşvili bildirib ki, o, bir müddət Gürcüstandan kənarda olmalıdır: "Təbii ki, xanım Zurabişvili bir imza ilə atasını uşaqlara qaytara və ən əsası, Gürcüstanda siyasi tarazlığı bərpa edə bilər".

Qeyd edək ki, M.Saakaşvili 2013-cü ildə Gürcüstanı tərk edib, bundan sonra ölkədə ona qarşı 4 cinayət işi açılıb, onlardan ikisində siyasətçi qiyabi olaraq 3 və 6 il müddətinə azadlıqdan məhrum edilib. 2021-ci ilin oktyabrında Saakaşvili gizli şəkildə Gürcüstana gəlib, lakin saxlanılıb. 2022-ci ilin may ayında səhhəti pisləşdiyi üçün Tbilisidəki "Vivamed" özəl klinikasına aparılıb və bu günə kimi oradadır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR