İnsanlara hürriyət, millətlərə istiqlal!

Rüsumların artması taksi fəaliyyətinə necə təsir edəcək? - AÇIQLAMA

792 19.08.2023 03:41 Son xəbər A A

Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanunda edilmiş dəyişiklikləri təsdiqləyib. Yeni qanunla Azərbaycanda taksi fəaliyyəti üçün dövlət rüsumları müəyyənləşib.

Belə ki, taksi sifarişi operatoru fəaliyyətinə icazənin verilməsi üçün rüsum 3 min manat, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 125 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün rüsum 25 manat, Azərbaycanla xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara beynəlxalq yük və qeyri-muntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsinin verilməsi üçün rüsum 250 manat, hər bir nəqliyyat vasitəsi üçün buraxılış kartının verilməsi üçün isə rüsum 75 manat olacaq.

Ekspert Ramil Osmanlı Valyuta.az-a açıqlamasında bildirib ki, taksi xidməti rüsumlarının artımının vəziyyətdən asılı olaraq həm müsbət, həm də mənfi təsirləri ola bilər:

“Rüsumların artırılması taksi fəaliyyətində keyfiyyətin artırılmasına istiqamətlənib. Bu mənada qanuna edilən dəyişiklik sözügedən sahədə keyfiyyətin yüksəlməsinə təsir edəcəksə, nəzarət artırılacaqsa, onun müsbət nəticələrini də görəcəyik. Amma bu addım keyfiyyət dəyişikliyinə səbəb olmayacaqsa, sadəcə müxtəlif subyektiv məqamları özündə birləşdirsə, düşünürəm ki, yanlış yanaşma olacaq. Eyni zamanda, belə vəziyyət rəqabətin pozulmasına gətirib çıxaran istiqamət olacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR