İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusları hücuma keçməyə peşman etdilər - Ukraynadan sarsıdıcı zərbə - Fəhmin Hacıyevlə CANLI

1331 09.05.2023 11:27 Gündəm A A

Ukrayna ordusu son sutka ərzində dörd əməliyyat cəbhəsində - Liman, Baxmut, Avdiv və Marində Rusiya qoşunlarının 42 hücumunun qarşısını alıb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ən şiddətli döyüşlər Baxmut və Marin uğrunda gedir.

Ruslar gün ərzində Ukrayna qüvvələrinin Baxmutdakı əsas təchizat yollarının keçdiyi İvanivsk kəndi və Çasiv Yar qəsəbəsi istiqamətində fəal, amma uğursuz hücuma keçib. Ukraynalılar Marin istiqamətində də Rusiya qoşunlarının çoxsaylı hücumlarını dəf etməli olublar.

Rusiya qüvvələri Liman istiqamətində əsas səyləri Biloqorivka qəsəbəsi istiqamətində cəmləyib. Ruslar Avdiv yaxınlığında şəhərin özünə, eləcə də Pervomaysk qəsəbəsinə hücum etsələr də, istəklərinə nail ola bilməyiblər.

Bundan başaqa, Rusiyanın Ukraynadakı itkiləri psixoloji həddi keçib. Son 24 saat ərzində 650 hərbçisini itirən Rusiyanın itkiləri bununla 195 620-yə çatıb.
Baş Qərargah əlavə edib ki, Rusiya sutka ərzində 4 tankını, eyni sayda zirehli döyüş texnikasını, 13 artilleriya sistemini, 1 yaylım atəşi sistemini, 4 PUA-sını, 8 qanadlı raketini, 11 yük maşınını, həmçinin 4 xüsusi texnikasını itirib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində Daxili Qoşunların eks baş komandanı, Ukraynada yaşayan Fəhmin Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR