İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Zelenski və ailəsini diri tutmaq istəyib – Fəhmin Hacıyevlə “Canlı debat”

925 29.04.2022 11:22 Gündəm A A

Müharibənin ilk saatlarında – fevralın 24-də Rusiya qoşunları Kiyevdəki hökumət məhəlləsinə çataraq Prezident Aparatına basqın etməyə cəhd göstəriblər. Həmin vaxt prezident Volodimir Zelenski, birinci xanım Yelena Zelenskaya və onların uşaqları iqamətgahda olublar.

Bunu “Time” jurnalına müsahibəsində prezident V.Zelenskinin özü deyib. Zelenski bildirib ki, rus hərbçilər paraşütlə Kiyevin mərkəzinə daxil olub və cəmi bir neçə dəqiqə ərzində Prezident Administrasiyasına çatıblar. Prezident Aparatının divarları qarşısında atışma olub.

Rus hərbi qruplarının məqsədi Volodimir Zelenski və ailəsini ya öldürmək, ya da ələ keçirmək olub. Həmin vaxt mühafizəçilər işıqları söndürərək Zelenski və ailəsini gülləkeçirməz jiletlərlə təmin edib, digər təxliyə tədbirləri görüblər. Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Arestoviç isə “Time” jurnalına deyib ki, “Rusiya qoşunları iki dəfə iqamətgaha hücuma cəhd edib”.

Bütün cəhdlərə baxmayaraq, rus hərbçilərin Ukrayna prezidentini öldürmək, ya da diri ələ keçirmək cəhdləri iflasa uğrayıb.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün Daxili Qoşunların keçmiş komandanı Fəhmin Hacıyevlə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat



Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR