İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Zaporojye atom elektrik stansiyasını minalayırlar?

389 06.08.2022 15:42 Gündəm A A

Ukraynanın işğal altında olan Zaporojye atom elektrik stansiyasının ərazisində şübhəli aktivlik müşahidə olunur.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “The Insider” saytında maraqlı məlumat yayılıb.

Sayt ötən gecə Rusiya hərçbilərinin belə bir təhlükəli obyektdə minalama işlərini həyata keçirə biləcəyini güman edir.

Bundan başqa atom elektrik stansiyasında Rusiya hərbi texnikasının hərəkətini əks etdirən video yayılıb. Yük maşınları karvanı avqustun 2-də AES-ə gəlib, birinci və ikinci enerji bloklarının arasında dayandıqdan bir müddət sonra maşın zalının ərazisinə daxil olmağa başlayıb.

Başqa bir məlumata görə, hazırda stansiyanın ərazisində 500-ə yaxın rus əsgəri və hərbi texnikası, o cümlədən zirehli transportyorlar, zenit qurğuları, radiokimyəvi kəşfiyyat vasitələri qalıb və stansiyanın ətrafı Rusiya hərbçiləri tərəfindən minalanıb.

Mənbələrin informasiyasına əsasən, AES-ə ən yaxın olan Vodianoe kəndi yaxınlığında Qradov akkumulyatorları yerləşir və rus əsgərləri mina və sursatları enerji bloklarının yaxınlığında, estakadaların altında saxlayır.

Qeyd edək ki, stansiyanın ələ keçirilməsinə general-mayor Aleksey Dombrovski rəhbərlik edib, bundan sonra komandanlıq RF Silahlı qüvvələrinin general-mayoru Valeri Vasilyevə həvalə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR