İnsanlara hürriyət, millətlərə istiqlal!

Ruslar Bakıya axışır: Azərbaycana bu ölkələrdən də turistlər gəlməkdədir

2365 28.05.2023 15:23 Gündəm A A

Ötən illə müqayisədə ölkəmizə 1,6 dəfə çox turist gəlib, Azərbaycandan gedən turistlərin sayı isə 23,2 faiz artıb.

Cari ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasına dünyanın 168 ölkəsindən 522,9 min nəfər və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Musavat.com bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlum olub ki, bu il Azərbaycana ən çox rusiyalı turistlər gəlib.

"Gələnlərin 31,7 faizi Rusiya Federasiyası, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5,0 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 75,8 faizini kişilər, 24,2 faizini qadınlar təşkil edib", deyə qeyd olunub.

Həmçinin statistikadan məlum  olub ki,
Çin və Hindistandan ölkəmizə gələn turistlərin sayı kəskin artıb. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 4,3 dəfə, Hindistandan - 4,2 dəfə, Türkmənistandan - 3,8 dəfə, Özbəkistandan - 3,3 dəfə, Belarusdan - 3,3 dəfə, Qazaxıstandan - 2,1 dəfə, Pakistandan - 1,9 dəfə, Rusiya Federasiyasından - 1,9 dəfə, Böyük Britaniyadan - 1,9 dəfə, Niderlanddan - 1,9 dəfə, İsraildən - 1,8 dəfə, ABŞ-dan - 1,7 dəfə, Omandan - 1,6 dəfə, Küveytdən - 48,9 faiz, Birləşmiş Ərəb Əmirliklərindən - 44,5 faiz, Gürcüstandan - 43,8 faiz, Türkiyədən - 31,0 faiz artıb.

2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 213,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,7 dəfə artaraq 27,6 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,0 faiz artaraq 76,2 min nəfər olub.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 33,7 faizi dəmir yolu və avtomobil, 64,8 faizi hava, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Bəs azərbaycanlı turistlər daha çox hansı ölkəyə üz tutub?

Stistikaya əsasən Azərbaycan vətəndaşları ən çox Türkiyəyə səfər ediblər. 2022-ci ilin yanvar-aprel ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,2 faiz artaraq 493,1 min nəfər olub.

Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,8 dəfə, Gürcüstana gedənlərin sayı 41,6 faiz, Türkiyəyə gedənlərin sayı 5,5 faiz artıb, İrana gedənlərin sayı isə 26,5 faiz azalıb.

Ölkə vətəndaşlarının 38,9 faizi Türkiyəyə, 24,1 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,8 faizi İrana, 19,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,6 faizini kişilər, 30,4 faizini qadınlar təşkil edib.

2023-cü ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 29,5 faizi dəmir yolu və avtomobil, 67,8 faizi hava, 2,7 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR