İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın xalq artisti cərimələndi - ŞOK SƏBƏB

948 05.04.2023 16:49 Şou-biznes A A

Moskva məhkəməsi Rusiyanın xalq artisti Dmitri Nazarovu “Ruslar müharibə istəyirmi?” adlı videoya görə 50 min rubl cərimələyib.

Musavat.com xəbər verir ki, bu barədə “Mediazona” məhkəmə zalından məlumat yayıb.

Video Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının üçüncü günündə Nazarovun yutub kanalında yerləşdirilib. Həmin kadrlarda o, həyat yoldaşı Olqa Vasilyeva ilə birlikdə müharibə əleyhinə mahnısını ifa edir.

Məhkəmə bunu Rusiya ordusunu nüfuzdan salmaq hesab edib. Rusiya məhkəmələri hər hansı anti-müharibə çıxışlarını və ya rus qoşunlarının müharibə cinayətlərində iştirakı ilə bağlı xəbərləri “gözdən salma” kimi tanıyır. Nəzərov məhkəmə iclasında iştirak etməsə də, vəkil vasitəsilə təqsirini boynuna almadığını bildirib.

Müharibə başlayandan Nazarov və Vasilyeva mütəmadi olaraq internetdə müharibə əleyhinə şeirlər oxuduqları videolar dərc ediblər. 2023-cü ilin yanvarında onlar Çexov adına Moskva İncəsənət Teatrından qovulublar. Teatrın rəhbəri, məşhur kino aktyoru Konstantin Xabenski 29 teatr işçisinin səfərbərlikdən saxlanması üçün onlardan istefa vermələrini tələb edib. Rusiya hakimiyyəti oktyabrın sonunda rusların Ukraynadakı müharibəyə səfərbərliyinin başa çatdığını elan edib, lakin hələ də bununla bağlı prezidentin fərmanı yoxdur.

Nazarov “12 stul” romanının yeni filminə çəkilişlərdən də uzaqlaşdırılıb. İlin sonunadək ekranlara çıxması planlaşdırılan filmdə o, Kisa Vorobyaninov obrazını canlandırmalı idi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR