İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukrayna ilə bağlı ŞOK PLANI - 1000 raket...

883 07.12.2023 13:45 Dünya A A

Rusiya Ukraynanın əsas infrastruktur obyektlərinə kütləvi hücuma hazırlaşır.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin keçmiş əməkdaşı, Avrasiya Araşdırmalar İnstitutunun geosiyasi analitiki Brandon Veyxert "X" sosial şəbəkəsində bildirib.

"Rusiya Ukraynanın dərinliklərinə zərbə endirmək üçün mindən çox raket yığır. Ruslar sadəcə olaraq Ukraynanı darmadağın etməyə hazırlaşırlar", - deyə o bildirib.

Onun sözlərinə görə, ABŞ 2022-ci ildə atəşkəsə nail olmaq üçün səy göstərsəydi, bunun qarşısını almaq olardı.

Bundan əvvəl Ukrayna Ali Radasındakı “Xalqın xidmətçisi” fraksiyasının sədri David Araxamia bəyan edib ki, Kiyev NATO-ya üzv olmaqdan imtina etsəydi, Rusiya ilə Ukrayna arasındakı müharibəyə 2022-ci ilin yazında son qoyula bilərdi. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR