İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Qarabağ ətrafında yeni oyunları baş verir – müharibə istəyirlər? – İlham İsmayılla “Canlı debat”

1078 25.04.2022 13:32 Gündəm A A

Aprel ayının 23-də Ermənistan tərəfi Azərbaycanla sərhəddə təxribata əl atıb. Dövlət Sərhəd Xidmətinin ötən gün yaydığı məlumata görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycanın dövlət sərhədinin pozulması cəhdinin qarşısı alınıb, erməni diversantlar geri çəkilməyə məcbur ediliblər. Elə həmin gün daha bir təxribat cəhdi olub. Belə ki, Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupunun üzvü, hərbi qulluqçu Matirosov Eduard Arturoviç Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda Azərbaycanla Ermənistan arasında sülh sazişinin hazırlanması ilə bağlı danışıqların getdiyi bir vaxtda təxribat cəhdi nədən xəbər verir?

Sərhəddə vəziyyətin gərginləşməsinin arxasında Rusiya dayanır?

24 aprel qondarma “soyqırım” günü ilə əlaqədar ermənilərin növbəti “əzabkeş vətənpərvərlik” çağırışları yenilik deyil. İstər Xankəndi separatçıları, istərsə də İrəvanda hakimiyyət uğrunda mübarizə aparanların hədəfi Rusiyanın himayədarlığı ilə Azərbaycanla sülh müqaviləsi bağlamaqdan imtina etmək və Rusiya hərbi kontingentinin Qarabağda yerləşməsinin ömrünü uzatmaqdır.
Ermənilər yeni müharibə istəyir? Paşinyanın Brüsseldən sonra dəyişən ritorikası nədən xəbər verir?

Bu və gündəmdəki digər xəbərləri bu gün təhlükəsizlik eksperti İlham İsmayılla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

 

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR