İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın öz “Viaqra”sı da işə yaramadı - məsələyə prokurorluq baxacaq

5994 16.01.2026 00:05 Dünya A A

Rusiyada dövlətin maliyyələşdirdiyi daha bir “innovasiya” layihəsi uğursuzluqla nəticələnib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir kihökumət təxminən 1 milyard rublu yerli istehsal olunacaq potensiya dərmanının hazırlanmasına xərcləyib, lakin layihə 10 ilə yaxın müddətdə nəticə verməyib.

Bununla bağlı hökumətə yaxın “İzvestiya” qəzetində də məlumat yer alıb.

Söhbət “MuskuLiv” adlı preparatdan gedir — o, “Viaqra”nın rus alternativi kimi planlaşdırılıbvə heyvan mənşəli komponentlə, konkret olaraq kabarqa (kabargi) maralının müşk vəzisi əsasında hazırlanmalı imiş.

Layihənin çərçivəsində:

  • Moskvaya yaxın ərazidə xüsusi laboratoriya tikilməli,
  • Altay Respublikasında isə maralların yetişdirilməsi üçün rəsmi təsərrüfat yaradılmalı idi.

Nəticələr isə planlaşdırılanla üst-üstə düşməyib. Altaydakı təsərrüfat yalnız 2024-cü ilin yayında işə düşüb, laboratoriya isə hələ də istifadəyə verilməyib. Bu səbəbdən hazırlıq prosesi pozulub və tədqiqatçılar alınmış xammaldan istifadə etməli olub, klinik sınaqlar isə dövlət qurumlarında deyil, özəl klinikalarda aparılıb.

Rusiya Hesablama Palatası layihəni “səmərəsiz” elan edib və materialları Prezident Administrasiyasına və Baş Prokurorluğa göndərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR