İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın humanitar yükü: Laçın yolunu açmaq üçün hiylə, yoxsa...

2459 13.09.2023 13:05 Siyasət A A

Bakı separatçıların və havadarlarının müqavimətini qırdı; ekspertlərin fikirləri haçalanır

İki gündür keçidi ləngidilən Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Xankəndinə keçidi nəhayət ki, 12 sentyabrda baş tutdu. Məlumata görə, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları Xankəndinə aparılıb.

Rusiya hərbi qüvvələrinin aksiya keçirən separatçılara güc tətbiq etdiyi barədə də məlumat var. Ermənistan mediası separatçıların dediklərini tirajlayıb. Jamaz.info-nun məlumatına görə, Ağdam-Əsgəran yolunu bağlayan bir qrup erməni  yüklərin Xankəndinə çatdırılmasına mane olmağa çalışıb. Belə ki, onlar “Tank” abidəsi deyilən ərazidə dayanaraq, Rusiya Qırmızı Xaç Cəmiyyətinə məxsus maşınların önünü kəsiblər. Lakin əraziyə cəlb olunan rus hərbçiləri və separatçıların “polis”ləri toplaşan adamlara zor tətbiq etmək məcburiyyətində qalıb. Qarabağda Azərbaycana qarşı döyüşmüş “Vahan” dəstəsinin komandiri, habelə Ağdam-Əsgəran yolunu bağlayan dəstə başçılarından biri Artur Vardanyan isə bunları deyib: “Gecə bir avtobus xüsusi təyinatlı və polis (istisna deyil ki, separatçı rejimə məxsus-red.) Ağdam-Əsgəran yoluna, bizim dayandığımız yerə gəldilər. Hamısı maskalı idi. Bizə dedilər ki, ya yolu açacaqsız, ya da biz zor tətbiq edəcəyik. Sonra ruslar da gəldilər. Bir xeyli danışdıq, lakin onları razı sala bilmədik. Sonra bizim hamımızı oradan zor gücünə çıxardılar. Həmin maskalılar indi də Ağdam-Xankəndi yolundadırlar. Heç kimə yola yaxınlaşmağa imkan vermilər”. Bu, artıq separatçıların Azərbaycanın iradəsi qarşısında boyun əyməsidir...

Rusiya TIR-ında qida dəstlərinin olduğu, onların sayının 1000-ə çatdığı bildirilir. Bir dəstin 11,4 kq olduğu da vurğulanır. Burada günəbaxan yağının, dənəvər şəkərin, buğda ununun, makaronun, qarabaşaq yarmasının, darının, yulafın və digər qida məhsullarının olduğu qeyd edilib. Həmçinin 270 ədəd yataq dəstinin gətirildiyi, o cümlədən gigiyena dəstlərinin - 200 ədəd (diş fırçası, sabun, termometr və s.) və uşaq dəstlərinin (uşaq jeli, vitamin pastilləri, diş fırçası, uşaq püresi, körpə balıq yağı, toz) gətirildiyi bildirilir.

 “Ağdam yolundan Rusiya Qızıl Xaç Komitəsinin istifadəsinə icazə verilməsi barədə verilən qərar, açığını desək, heç də bizim iradəmizin sonadək gözlənilməsi deyil. Ağdam-Xankəndi yolundan ilk olaraq Azərbaycan Qızıl Xaç Komitəsinin yardımı keçməlidir, sonra başqa ölkələrin. Rusiya yükünün və perspektiv xarici yüklərin keçməsi "inteqrasiya" deyil, Kremlin “xilasedici” obrazının süni şəkildə təqdimidir".

İlham İsmayılın oğlu saxlanıldı

 İlham İsmayıl

Bu fikirləri yazan politoloq İlham İsmayıl belə hesab edir ki, ermənilər paralel olaraq "Laçın dəhlizi"ndən humanitar yüklərin keçirilməsi tələb edəcəklər. Əgər bu şərtlərlə razılaşma varsa, bu, bizim maraqlara uyğun deyil. Məlumdur ki, Azərbaycan rəsmən bəyan edib ki, Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun (Laçın yolu) da açılması mümkün olacaq. Amma Bakı onu da bəyan edib ki, Rusiya yüklərinin Qarabağa göndərilməsi Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda açılmasına dair təklif olunan sazişlərlə bağlı deyil. Qondarma rejimin Rusiya Qızıl Xaç Komitəsi tərəfindən göndərilən humanitar yardımı qəbul etməyə hazır olduğu haqda bəyanatından sonrakı iki gün ərzində də ermənilər yolu açmadılar. Ancaq sonda müqavimətləri qırıldı.

Rusiyanın humanitar yükü ilə bağlı tam fərqli mövqelər də var. Məsələn, jurnalist Taleh Şahsuvarlı hesab edir ki, Rusiyanın humanitar yükünün mənzil başına çatması  Ermənistan, Fransa və digər “humanitar fəlakət” şousu düzəldənlərin apardığı kampaniyanın növbəti dəfə iflası olacaq. “BQXC arxa plana keçdi, Xankəndidə humanitar fəaliyyətin mərkəzində Azərbaycan Qızıl Aypara Cəmiyyəti dayanır; yardım "Artsax xalqı"na deyil, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərə edilir; yükün həcminin cəmi 1 TIR olması Xankəndi və çevrəsində humanitar fəlakət olmadığını təsdiq edir".

Yeri gəlmişkən, “Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borel bildirib ki, "Laçın dəhlizi" indi açılmalıdır, Ağdam kimi digər yollar isə alternativ kimi deyil, ümumi razılaşmanın bir hissəsi kimi açıla bilər”. Borel özünün X səhifəsində (keçmiş Twitter) Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığının təfərrüatları barədə belə yazıb.

Amma separatçıların mövqeyindən çıxış edən Borelin nə deməsindən asılı olmayaraq, Azərbaycanın iradəsinə uyğun olaraq ilk TIR Ağdam yolundan keçdi. Düzdür, artıq iki həftədir 40 ton un yüklənmiş Azərbaycan maşınları Əsgəran istiqamətində gözləyir. Rusiyanın müvəqqəti təsir zonasında olan separatçıların Azərbaycan TIR-larına qarşı müqaviməti davam edir. Lakin bunu Rusiyanın oyunu hesab edənlər də var.

Sahib Məmmədov: “QHT Şurasının vəzifəsi yalnız maliyyə yardımı vermək  deyil” - 22.04.2018, Sputnik Azərbaycan

Sahib Məmmədov 

Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Qarabağda yaşayan əhali üçün hər hansı yardım etmək istəyən heç bir dövlətə maneə yaratmayıb: “Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına hörmət edən, Azərbaycanın dövlət sərhədini Azərbaycan qanunvericiliyinə uyğun keçmək istəyən heç bir dövlət imtina almayıb. Fransanın "humanitar missiyası" ona görə uğursuzluğa düçar oldu ki, yükləri Azərbaycanın ərazi bütövlüyünə və suveren hüquqlarına məhəl qoymadan həyata keçirmək istəyirdi. Əslində onlara yükləri Xankəndinə çatdırmaq yox, siyasi şou lazım idi. Rusiya Federasiyası, daha doğrusu, Rusiyada fəaliyyət göstərən Beynəlxalq Qızıl Xaç Cəmiyyəti yükləri Azərbaycan tərəfi ilə razılaşdırmaqla və Azərbaycanın icazə verdiyi yolla aparmaq qərarına gəldi. Azərbaycan da buna razılıq verib. İndi Xankəndidəki qanunsuz banda o yükləri qəbul etsə də, Azərbaycanın xeyrindədir, etməsə də". S.Məmmədovun sözlərinə görə, bu baxımdan Ermənistan və Xankəndidəki oyuncaq idarəetmə qurumu çıxılmaz vəziyyətdə qalıb: “Yüklərin Xankəndinə çatdırılması Rusiyanın da xeyrinədir. Yeri gəlmişkən, Rusiya üçün bu, ilk hal deyil. Rusiya daha əvvəl məhz bu istiqamətdən müxtəlif yükləri, o cümlədən tikinti materiallarını Qarabağın erməni əhali yaşayan hissəsinə daşıyıb. Yüklər formal olaraq Rusiyanın deyil, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Rusiyadakı milli cəmiyyətinə məxsusdur”. Ekspertimiz hesab edir ki, Rusiyanın bu gedişi həm də başqa bir konkret məqsədə hesablanıb: “Yüklər Xankəndidə qəbul olunarsa, bu, onu göstərəcək ki, Rusiyanın tərəflərə təsir imkanı Avropaya və ABŞ-a nisbətdə daha yüksəkdir. Halbuki Azərbaycan dövləti bu yoldan istifadə etmək istəyən digər dövlətlərə də şərait yaratmağa hazır idi. Fransa da bir qədər ağıllı siyasət yürüdə bilsəydi, elə bu yoldan istifadə etməklə yüklərini Xankəndinə aparardı”.

S.Məmmədov əminliklə vurğuladı ki, bütün hallarda yaradılan bu süni qarşıdurmada Azərbaycan qalıb oldu: “Azərbaycan öz iradəsini növbəti dəfə ortaya qoya bildi, bir daha sübut etdi ki, Qarabağ məsələsində hər hansı güzəşt yoxdur və olmayacaq. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yüklərinin qəbul olunmaması da erməniçiliyin irqçi siyasətini ortaya qoydu bir daha. "Ac" erməni əhali üçün Azərbaycanın təklif etdiyi yardımın qəbul olunmaması həm də ərazidə hər hansı humanitar problemin olmadığını göstərdi. Doğrudur, erməniçiliyin və onların havadarlarının təbliğat maşını hələ də dünya ictimaiyyətini aldatmaqda davam edir, amma həqiqəti bilənlərin sayı artmaqdadır". Paralel olaraq Laçın yolunun açılması məsələsinə gəldikdə, STM icraçı direktoru bildirdi ki, onsuz da Azərbaycan bu yoldan humanitar məqsədlər və əhalinin gediş-gəlişi üçün istifadəni hər zaman mümkün hesab edib: “Amma ölkəyə girişə nəzarət etməklə. Laçın yolunda nəzarət-buraxılış məntəqəsi yaradılıb və istənilən halda bu yoldan istifadə Azərbaycanın nəzarəti altında olacaq”.

Azər Həsrət: “Dünya artıq çap mediasından imtina etməyə başlayıb” -  04.02.2019, Sputnik Azərbaycan

 Azər Həsrət

Siyasi şərhçi Azər Həsrətin sözlərinə görə, Rusiya Qırmızı Xaçına mənsub yük maşınının Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi əlamətdar hadisədir: “Artıq uzun illərdən sonra bu yolun yenidən işlək hala gəlməsi üçün şərait yaranıb. Lakin nəzərə alsaq ki, Rusiyaya aid humanitar yük bu yolla hərəkət etsə də, Azərbaycanın Qarabağdakı ermənilərə göndərdiyi yük hələ də o yoldan istifadə edə bilmir, onda məsələ tam həll edilməmiş sayılır. Yəni Rusiyaya aid bir yük maşınının oradan keçməsi heç də o demək deyil ki, bölücü ermənilər və onların havadarları Ağdam-Xankəndi yolunu tam olaraq açıb. O baxımdan biz düşünürük ki, ilk addım olaraq bu hadisə uğurlu sayılsa da, məsələ tam həllini tapmayıb. Elə ona görə də hələlik yolların tam açılmasından danışa bilmirik”. A.Həsrət bu məntiqdən çıxış edərək əlavə edib ki, yəni Laçın yolu ilə bağlı durum da olduğu kimi davam edəcək: “Ermənilər - əslində elə Rusiya sülhməramlıları - Ağdam-Xankəndi yolunu açmadıqca, Laçın yolu da sərt rejimini qorumalı olacaq. Bir məqamı da xatırladaq ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatla 44 günlük müharibə bitdikdən sonra Azərbaycan Rusiya sülhməramlılarına Ağdam-Xankəndi yolundan istifadə üçün şərait yaratmışdı. Ruslar təyyarə ilə Gəncəyə gəlir, oradan da quru yolla Xankəndinə gedirdilər. Amma sonradan özlərinə bəlli olan səbəblərdən bu fikirdən daşınıb, yenə də İrəvan-Xankəndi yolundan istifadəyə davam etdilər. Bu isə bir daha sübut edir ki, Ağdam-Xankəndi yolunu əslində ruslar bağlı tutur, onların girovu olan ermənilər deyil...”

Təbii ki, mövzu ilə bağlı fərqli yanaşmalar var və olacaq. Ancaq istənilən halda, növbəti dəfə erməni separatçıların və onlara havadarlıq edənlərin müqaviməti qırıldı. Proseslərin bundan sonra necə cərəyan edəcəyi maraqlıdır. Təbii ki, Azərbaycan dövlətinin qırmızı xətti var və milli məsələlərdə hər hansı güzəşt ola bilməz. Deməli, Laçın yolu ilə bağlı qəbul olunmuş qərarda prinsipial mövqe ortaya qoyulub. Ağdam-Xankəndi yolu isə tam şəkildə açılmalıdır. Yeri gəlmişkən, Azərbaycan dövləti 26 km-lik Ağdam-Xankəndi yolunun təmirinə, həmçinin işıqlandırılmasına başlayıb.

Qarabağ erməniləri seçim etsinlər: işıq gələn tərəfə getməli, yoxsa...

E.PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR