İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın benzin ixracına qoyduğu qadağa Azərbaycana necə təsir edəcək?

502 29.02.2024 14:24 Dünya A A

"Rusiyanın benzin ixracına qoyduğu 6 aylıq qadağanın Azərbaycanda benzin təchizatına təsirlərini bilmək üçün son illərin idxal dinamikasına baxmaq lazımdır".

Bu fikirləri Musavat.com-a iqtisadçı-ekspert Eldəniz Əmirov deyib. Onun sözlərinə görə, Azərbaycan Rusiyadan  2021-ci ildə 148 min tona yaxın, 2022-ci ildə 99,5 min ton, 2023-cü ildə isə 40.2 min ton  Ai-95 markalı benzin idxal edib. Deməli, yuvarlaq götürsək, 2022-ci ildə 40%-dək, 2023-cü ildə isə 60%-dək Rusiyadan idxal azalıb.

2023-cü ildə Ai-92 markalı benzinin idxalı isə cəmi 17 min ton olub ki, bu da bu markadan olan benzinin ümumi idxalının cəmi 27%-nə bərabər olub.

WhatsApp Image 2024-02-29 at 15.24.33.jpeg (28 KB)

Ekspert əlavə edib ki, benzin idxalında da Rusiyadan asılılığın azalma dinamikası davam etdiyi üçün 2024-cü ildə daha az asılılığın olacağını deyə bilərik: "Bu isə onu deməyə əsas verir ki, Rusiyanın qadağası benzin çatışmazlığına səbəb olmayacaq, ən azı ona görə ki, bizdən və Rusiyadan fərqli olaraq Ai-95 markalı benzin istehsal edib satmağa yer axtaran ölkələr çoxdur.

O ki qaldı, Rusiya niyə ixraca qadağa qoyur? Rəsmi Moskva bunu kənar amillərlə əlaqələndirməyə çalışsa da, əsas səbəb sanksiyaların istehsal və emal proseslərinə təsiridir".

Qeyd edək ki, Rusiya hökuməti 2024-cü il martın 1-dən altı ay müddətinə benzin ixracına qadağa qoyacaq.

Musavat.com xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib. Qeyd edilir ki, hazırda bununla bağlı müvafiq sənəd hazırlanır.

2023-cü ildə olduğu kimi,  neftin ixracına qadağa Avrasiya İqtisadi İttifaqı ölkələrinə (Rusiyadan başqa bura Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir), həmçinin Monqolustan, Özbəkistan və digər ölkələrə razılaşdırılmış həcmdə ixraca aid deyildir.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR