İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanı xilas edən tatar bankir - onu niyə öldürmək istəyirlər?

12186 02.06.2024 22:34 Siyasət A A

İLK YAYIM SAATI - 13:20

ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz  Mərkəzi Bank rəhbəri Elvira Nabiullunanın zəkası   sayəsində Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib 

Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın şəxsi təhlükəsizliyi 2022-ci ilin fevral ayının sonundan  gücləndirilib.

Musavat.com xəbər verir ki, bu barədə “The Economist” nəşri yazıb. Nəşr Rusiya  Mərkəzi Bankının rəhbərini “təvazökar davranışı ilə zəka və iddialılığı gizlədən”  texnokrat adlandırıb.

 “The Economist” Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edir ki, onu tez-tez “Polad Elvira” adlandırırlar. 

nab.png (968 KB)

 Məqalədə deyilir: "Hətta güclü kişilərin onun kabinetinə girməkdən çəkindiyi hallar olub". Qərb nəşri Nabiullinanın keyfiyyətlərini “cəsarət və intellektual sərtliyin birləşməsi” kimi vurğulayır. “The Economist”in məqaləsində iddia edilir ki, Rusiya Mərkəzi Bankının hazırkı rəhbəri Rusiyanın maliyyə və iqtisadi siyasətində köklü islahatlar aparmaqda qərarlıdır.

Məqalədə Nabiullinanın məqsədi ucuz kreditlər əldə etmək  istəyən oliqarxlarla qarşıdurmasından da bəhs edilir.

Ötən ilin noyabrında Rusiya Mərkəzi Bankının rəhbəri  “Politico” nəşri ilin  sanksiyaların “baş dağıdıcısı” seçib. Məlumata görə, Mərkəzi Bankın rəhbəri bu “titulu” “Rusiya iqtisadiyyatının gücləndirilməsinə verdiyi töhfəyə görə” alıb.

ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazır ki, Mərkəzi Bankın rəhbəri 10 illik fəaliyyəti ərzində “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”. Nabiullinanın başqa bir xidməti  “Qərbin görünməmiş sanksiyalarının nəticələrinin qarşısını alması” adlanır.

Musavat.com xəbər verir ki,  Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin  atası avtobazada sürücü, anası Züleyxa isə  zavodda  operator işləyib.  İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.  

 Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək  “yol göstərən ulduzu”  Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye  İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira  Yasinin nazir təyin edildiyi Rusiya  İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu. 

755091216711841.jpg (128 KB)

Elvira Sakipzadovnanın  “ulduzu” nun parlaması  1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref  iqtisadi inkişaf və ticarət naziri təyin olunanda  Nabiullina onun  birinci müavini təyin edildi. 2007-ci ildə German Qref  “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu  köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR