İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı tennisçidən növbəti həyasızlıq - VİDEO

2023 22.01.2023 16:01 Gündəm A A

Rusiyalı tennisçi Karen Xaçanov növbəti dəfə Qarabağ separatçılarına dəstək verib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Xaçanov Avstraliya Açıq çempionatında 1/4 finala yüksəldikdən sonra çəkiliş aparan kameranın ön şüşəsinə belə yazıb: “Sona qədər inanmağa davam edin. Artsax, möhkəm ol!!!”

Göründüyü kimi, rusiyalı erməni tennisçi ikinci dəfədir beynəlxalq yarışda Azərbaycanı blokadada ittiham edir və sərsəm çağırış yayır. Azərbaycanın müvafiq qurumlarının faktla bağlı beynəlxalq qurumlara müraciət etməsini erməni mediası da tirajlayıb.

Hələlik beynəlxalq səviyyədə reaksiyanın olmaması isə erməni tennisçinin daha da həyasız mövqedən çıxış etməsini stimullaşdırır.

Musavat.com

6C54B9DD-487B-4235-9F53-E72D18555958.jpeg (428 KB)

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR