İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı teleulduz Ukraynanın tərəfinə keçdi

1212 09.10.2023 15:28 Son xəbər A A

Rusiyanın məşhur vəkili və teleulduzu İlya Novikova qarşı “dövlətə xəyanət”lə bağlı iş qaldırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, ona qarşı “düşmən tərəfinə keçmək şəklində vətənə xəyanət”lə bağlı təhqiqata başlanılıb.

Rusiya Fderal Təhlükəsizlik Xidmətindəki qaynaqların mediaya ötürdüyü informasiyaya əsasən, vəkil Novikov müharibənin əvvəlində Rusiya ərazisini tərk edərək Ukrayna Ərazi Müdafiə Qüvvələrinin sıralarına qoşulub və onların tərəfində, döyüş əməliyyatlarında iştirak edir, təbliğat işi ilə məşğul olur.

İlya Novikov Rusiya və Ukrayna vətəndaşlığına malikdir. Vaxtilə o, Rusiya tərəfindən əsir alınan pilot Nadejda Savçenkonun, Aleksey Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun və “Memorial” portalının vəkili olub. Novikov Azərbaycan tamaşaçılarına Rusiya teleməkanının ən məşhur verilişlərindən sayılan “Nə? Harada? Nə vaxt?” yarışma proqramındakı fəal iştirakı ilə tanışdır.

Rusiyanın Ukraynaya hücumunun ilk günlərində Novikov Kiyev ərazi müdafiə birliklərinə qatılıb. 2022-ci ilin sonunda Rusiyada o, “xarici agentlər” siyahısına salınaraq axtarışa verilib, 2023-cü ilin yayında isə ölkədə vəkil statusundan məhrum edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR