İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı politoloqdan iddialı proqnoz-Rusiyada inqilablar əyalətlərdən başlaya bilər

595 29.05.2023 13:07 Siyasət A A

 

 “Tamamilə ruhdan düşmüş Putin özü hakimiyyəti varisə təhvil verəcək. Rusiyada inqilab Çin və Kubada olduğu kimi əyalətlərdən başlaya bilər”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, belə bir iddia rusiyalı politoloq Abbas Qalyamov tərəfindən səslənib.

Abbas Qalyamov ötən həftə Belqorodda yerli partizanların uğurlu reydini buna nümunə olaraq göstərib.

Ekspert Rusiya Federasiyasında Çində, sonra isə Kubada baş verən proseslərdə olduğu kimi, “Şərq” ssenarisinin (dəyişikliklərin əyalətlərdən başlaması) işə salına biləcəyini bildirib. Qalyamova görə paytaxtda dayaqları möhkəm olmayan müxalifətçilər hər hansı əyalətdə öz qurumlarını yaradıb, oradan hərəkətə keçməyə və kütlələri səfərbər etməyə çalışacaqlar.

Onun iddiasına görə, Rusiya Könüllü Korpusunun Belqorod vilayətində keçirdiyi iki günlük reydi zamanı təhlükəsizlik qüvvələrinin nümayiş etdirdiyi səmərəsizlik Rusiyada rejimin “Çin üslubunda” dəyişdirilməsinin mümkünlüyünü göstərir. “Sərhəd ərazilərinin bir hissəsinin Ukrayna tərəfində vuruşan Rusiya Könüllü Korpusunun (RKK) nəzarətinə keçməsini istisna etmək mümkün deyil”, - deyə Qalyamov yazır.

Rusiyalı ekspertin fikrincə, Belqorod, Voronej, Bryansk və digər sərhədyanı vilayətlərdəki əhval-ruhiyyə, çox güman ki, bütövlükdə ölkə ilə müqayisədə daha müxalif olacaq. “Müharibə onlara daha çox zərbə vurub. Üstəlik, çətinliklərin ölkə içində qeyri-bərabər paylanması ciddi mənfi potensial yaradır. Belqorod vilayətinin sakinləri indi Moskvanın taleyin ümidinə buraxdığını güman edirlər”,-deyə o qeyd edib.

Ekspertin proqnozuna görə, təkrar basqınlar zamanı yerli sakinlər irəliləyən RKK bölmələrinə heç bir xüsusi müqavimət göstərməyəcəklər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR