İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı politoloq Paşinyanın adamından YAZDI 

788 11.10.2023 13:39 Son xəbər A A

“Tiqran Avinyanın İrəvanın yeni meri seçilməsi Ermənistanda siyasi mənzərənin necə olduğunu aydın göstərir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə rusiyalı politoloq Sergey Markedonov yazıb.

Onun sözlərinə görə, Paşinyanı İrəvan seçkilərində bitirmək istəyən Ayk Marutyan və Andranik Tevanyanın bütün çağırışları nəticə vermədi.

“Onların fraksiyaları Ağsaqqallar Şurasının ilk iclasını boykot etsə də, tələb olunan kvorum (37 nəfər) əldə edildi. Üstəlik, Paşinyanın adamı Tiqran Avinyan seçilmək üçün 32 mandatı qazandı. Müxalifət yenə də iqtidarla savaşda məğlub oldu. Özünü hakimiyyətin əleyhdarı kimi qələmə verən “İctimai səs” birliyi isə son nəticədə sadəcə səsvermə prosesində iştirak etməklə Paşinyanın tərəfini tutdu.

Beləliklə, Paşinyan sistemi növbəti siyasi sınaqdan uğurla çıxmağı bacardı. Bu, bəlkə də 2021-ci ilin növbədənkənar parlament seçkilərindən sonra onun ən ciddi problemi sayılırdı. Ermənistanda etiraz səsləri var, müxalifət var, amma dalandan çıxmaq üçün vahid xətt və ortaq baxış yoxdur. Hökumətin opponentləri də təsirsizdir. Bu, reallıqdır və bunu Ermənistan müxalifətindən başqa dəyişdirəcək kimsə yoxdur”, - deyə Markedonov yazıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR