İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı məşhurlar "İnstagram"la vidalaşmağa başladı - Fotolar

933 12.03.2022 18:37 Şou-biznes A A

Məlum olduğu kimi martın 14-dən Rusiya ərazisində bir çox sosial şəbəkə, o cümlədən "İnstagram" bağlanacaq. Bu səbəbdən bir sıra rusiyalı məşhurlar "İnstagram" izləyiciləri ilə vidalaşaraq, onları yeni "VKontakte" və "Teleqram" səhifələrinə dəvət ediblər.

Musavat.com onlardan bir neçəsini təqdim edir.

Müğənni Dima Bilan qeyd edib: "Rusiyada "İnstagram" bağlana bilər. Ancaq bu, bizim əlaqələrimizi kəsə bilməz. Buna görə də bir-birimizi itirməmək üçün sizi "VKontakte" və "Teleqram" kanalıma dəvət edirəm".

Müğənni Olqa Buzova "nstagram"ın bağlanacağını göz yaşları ilə qarşıladığını bildirib. O, 7 il ərzində onunla olan izləyicilərinə təşəkkür edərək, onları "VKontakte" kanalına abunə olmağa dəvət edib.

Məşhur aktrisa Kseniya Sobçak isə 9 milyon izləyicisi ilə vidalaşaraq, qeyd edib:
"Dostlar, vəssalam. Martın 14-də "İnstagram" Rusiyada bağlanacaq. Foto və videolarımızı arxivləşdirmək üçün çox az zamanımız var. 9 milyon izləyicimin hər birinə təşəkkür edirəm, bu illər ərzində səhifəm sizinlə maraqlı olmuşdu". Sobçak da öz izləyicilərini "VKontakte" səhifəsinə dəvət edib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR