İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı güləşçi Sadulayevi Bakıda yarışa buraxmayıblar – Rütbəsi varmış

1284 04.04.2024 14:48 Dünya A A

Sürətli konkisürmə üzrə Olimpiya çempionu (2006-cı il) və Dövlət Dumasının deputatı Svetlana Jurova Rusiya güləşçisi Əbdülrəşid Sadulayevin Bakıda keçiriləcək lisenziyalı turnirdən kənarlaşdırılmasına münasibət bildirərkən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ikili standartlarına diqqət çəkib.

Musavat.com xəbər verir ki, o, bu barədə aprelin 4-də “İzvestiya”ya bildirib.

İdmançı deputatın fikrincə, təşkilat ən güclü rus idmançılarının yarışda iştirakının qarşısını almaq üçün hər şeyi edir.

“Mən lap əvvəldən dedim ki, onlar bizi, xüsusən də fəxri kürsüyə çıxa biləcək ən güclüləri yarışa buraxmamaq üçün səbəblər irəli sürürlər. Bizim kürsüyə çıxmamağımız, kim olduğu bilməyən neytral idmançıların olması onlar üçün xüsusilə vacibdir”.

Sərbəst güləş üzrə ikiqat olimpiya çempionunun Bakıdakı turnirdən kənarda qalması ilə bağlı sualı cavablandıran deputat xatırladıb ki, BOK-un bəhanəsi Sadulayevin hərbi rütbəsinin olmasıdır, ancaq bu rütbə hərbi fakültəni bitirən hər kəsə verilir.

“Hərbi rütbə hərbi kafedradan keçmiş şəxslərə təhsilini başa vurduqdan sonra verilir. Onlar (BOK) sadəcə bunu bilmirlər. Üstəlik, nə “Dinamo”ya, nə də Mərkəzi Ordu İdman Klubuna heç bir aidiyyatı olmayan, eləcə ali təhsil alarkən hərbi kafedrada məşğələ keçən şəxs ölkəmizdə avtomatik olaraq hərbi rütbə alır. İsraildə də insanların hərbi rütbəsi var”, - deyə o qeyd edib.

Rusiya Güləş Federasiyası (FSBR) BOK-un Əbdülrəşid Sadulayevin turnirdə iştirakına icazə verməməsi barədə məlumat yayaraq bildirib ki, onun əvəzinə Azərbaycanda keçiriləcək lisenziya xarakterli yarışlara Əlixan Cəbrayılov gedəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR