İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı çempionlara səfərbərliklə bağlı çağırış göndərildi, biri qəbul edib, o biri....

1212 25.09.2022 17:27 Gündəm A A

Rusiyanın məşhur kikboksçusu, qarışıq döyüş növləri üzrə çempion Vladimir Mineyev elan olunan səfərbərlik üzrə çağırış vərəqəsini alıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Mineyev açıqlamasında qaçmaq fikrində olmadığını söyləyib.

“Çağırış vərəqəsi almışam, bu gün hərbi komissarlığa gedirəm. Amma mən qaçmaq fikrində deyiləm. Mən birinci kateqoriyaya düşürəm, desantçıyam, müddətli və müqavilə ilə xidmət etmişəm. Belə görürəm ki, az sayda desnatçı qalıb”,-deyə “AMC Fight Nights” yarışlarında orta çəki üzrə çempion Vladimir Mineev MatchTV-yə danışıb.

Qarışıq döyüş növləri üzrə daha bir döyüşçü, “Pirana” ləqəbli Marif Pirayev isə çağırış komissiyasına çağırış vərəqəsini aldıqdan sonra Rusiyanı tərk edib (şəkil sağda). Bunu “İnstaqram”da canlı yayımda onun həmkarı döyüşçü Şamil Qallimov da təsdiqləyib.

Daha sonra anonim telegram kanallarında Pirayevin ölkədən getmədiyi barədə məlumatlar yayılıb. Lakin onun sosial şəbəkələrində hələ ki, heç bir təkzib yoxdur. Pirayevin telefonunu bir qadın götürür və "şərh yoxdur" deməklə kifayətlənir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR