İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan “Qərbin təxribatlarına cavab” - nüvə silahları ilə...

697 06.05.2024 15:25 Dünya A A

Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahı aviasiya və hərbi dəniz qüvvələrinin iştirakı ilə cənub hərbi dairəsinin raket birləşmələri ilə təlimlərə hazırlığa başlayıb.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə mayın 6-da Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanının tapşırığına əsasən, qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək üçün hazırlığını artırmaq məqsədilə baş qərargah yaxın vaxtlarda təlimlərin keçirilməsinə hazırlığa başlayıb”, - departamentin bəyanatında deyilir.

Təlim zamanı qeyri-strateji nüvə silahlarının hazırlanması və istifadəsi üzrə təcrübə keçmək üçün bir sıra tədbirlər həyata keçiriləcək.

Dəqiqləşdirilir ki, təlim Qərbin təxribatlarına cavab olaraq Rusiyanın bütövlüyünü və suverenliyini təmin etmək üçün qeyri-strateji nüvə silahlarından döyüş istifadəsinə bölmələrin şəxsi heyətinin və texnikasının hazırlığını saxlamaq məqsədi daşıyacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR