İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada yaşayış evində yanğın zamanı 9 nəfər ölüb

423 12.11.2023 14:07 Hadisə A A

Rusiyanın Tomsk şəhərində ikimərtəbəli yaşayış evində baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə TASS Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional qurumuna istinadən məlumat yayıb.

Yanğın noyabrın 12-nə keçən gecə yerli vaxtla saat 03:29-da Vanzetti küçəsindəki evdə baş verib. Alov 165 kvadratmetr ərazini əhatə edib. Yanğınsöndürənlər gələn zaman alov ikinci mərtəbədəki mənzilləri bürüyüb. Təcili yardım xidmətləri iki nəfəri pəncərələrdən çıxararaq xilas edib.

Yanğın yerli vaxtla saat 06:05-də söndürülüb. Onun söndürülməsinə 31 nəfər, 8 texnika iştirak edib. Hadisənin səbəbi məlum deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR