İnsanlara hürriyət, millətlərə istiqlal!

"Rusiyada toylara 8 min dollara gedirsiz...”-Sərxandan sərt ismarıc 

1191 12.03.2022 18:12 Şou-biznes A A


"Bəzi müğənnilər deyirlər ki, yollar bağlıdır. Onlar özlərini ya harasa salmaq, ya da çıxarmaq istəyirlər. Bu, mənə çatmır. Bəs deyirdiniz ki, toylara 5-6, 8 min dollara gedirsiz? Bu qədər qonorar alaq başqa bir ölkəyə uçub, oradan Azərbaycana qayıda bilməz? Camaatı dəli yerinə qoymusunuz?"

Musavat.com xəbər verir ki, bu sözləri hazırda Moskvada olan sənətçi Sərxan Kərəmoğlu “İnstagram” hesabında paylaşdığı videomüraciətində deyib. Sənətçi Rusiyadakı toylara gedib, oradan geri dönə bilmədiklərini söyləyən sənətçilərin səmimiyyətinə inanmadığını bildirib:

"Necə qala bilərsən? Mən Moskvadayam, toyum var, qalıram, yoxdursa qayıdıram.... Eləsi də var deyir ki, gələ bilmədim, pulumu itirirəm. Toya görə normal pul alırsansa, necə gələ bilmirsən?"

Xatırladaq ki, bir müddət əvvəl beynəlxalq uçuşlar zamanı yaranan risklərlə əlaqədar Azərbaycan ilə Rusiya arasında uçuş reysləri qeyri-müəyyən müddətə dayandırılıb. Bu səbəbdən bir sıra azərbaycanlı müğənni Rusiyadakı toy dəvətlərinin ləğv olunduğunu, bəzisi isə oradan vətənə geri dönə bilmədiyini, bütün bunlara görə xeyli maddi ziyana düşdüklərini açıqlayıblar.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR