İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada silahlı soyğunların sayında rekord artım

434 21.12.2023 22:00 Dünya A A

Rusiyanın federal Daxili İşlər Nazirliyi silahla törədilən cinayətlərlə bağlı statistik məlumatların açıqlanmasını dayandırıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bundan əvvəl idarə üç sərhəd bölgəsində bu cür cinayətlərin sürətlə artdığını bildirmişdi.

Son məlumatlara əsasən, cinayət hadisələrinə görə, 2023-cü ilin yanvar-sentyabr ayları üçün "aparıcı bölgələr" Ukrayna ilə həmsərhəd olan Belqorod, Bryansk və Kursk vilayətləri olub. Cəbhə bölgəsində odlu silahdan istifadə etməklə quldurluq, qətl və digər vəhşiliklərin sayı 5 dəfədən 17 dəfəyə qədər artıb.

Jurnalistlərin diqqəti bu anomaliyaya yönəldikdən sonra Daxili İşlər Nazirliyi növbəti hesabatdan (yanvar-oktyabr ayları üzrə) həm regionlar üzrə bölgüsünü, həm də ümumilikdə bu növ cinayətlərin statistikasını çıxarıb.

Sərhəd bölgələrində silahla bağlı cinayətlərin kəskin artması hələ 2022-ci ildə, Ukrayna ilə genişmiqyaslı müharibə başlayanda nəzərə çarpıb. Bu il partlayıcı qurğuların köməyi ilə törədilən cinayətlərin sayı xüsusilə nəzərəçarpacaq dərəcədə (keçən ilin yanvar-sentyabr ayları ilə müqayisədə təxminən iki dəfə (268-ə qarşı 481) artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR