İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada ordu haqqında feyk məlumata görə əmlak müsadirə ediləcək

529 22.01.2024 14:08 Dünya A A

Dövlət Dumasının dövlət quruculuğu və qanunvericilik komitəsi palataya Rusiya Federasiyasının ordusu haqqında saxta xəbərlər yayan və dövlətin təhlükəsizliyinə qarşı fəaliyyətə açıq çağırış edən şəxslərin əmlakının müsadirəsini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul etməyi tövsiyə edib.

Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, komitənin rəhbəri Pavel Kraşeninnikov yanvarın 24-də qanun layihəsinə plenar iclasda baxılacağına aydınlıq gətirib.

Yanvarın 15-də Rusiya Nazirlər Kabinetinin qanunvericilik işi komissiyası ölkə ordusu haqqında yalan danışmağa görə məhkum edilmiş vətəndaşların əmlakının müsadirə edilməsi təşəbbüsünə rəsmi cavab layihəsini təsdiqləyib. Cinayət və cinayət-prosessual məcəllələrə dəyişikliklərin edilməsi təklif olunub.

Dövlət Dumasının iqtisadi siyasət komitəsinin sədr müavini Artyom Kiryanov izah edib ki, əmlakın müsadirəsi Rusiya ordusu haqqında saxta məlumatların yaranmasının qarşısını almağa kömək edəcək.

Bundan əvvəl İstintaq Komitəsi iki il ərzində Rusiya Silahlı Qüvvələrini nüfuzdan salan cinayət işlərinin sayını açıqlamışdı.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR