İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrantlara saxta sertifikat verən rektor işdən çıxarılıb

403 19.04.2024 12:08 Dünya A A

Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Natalya Truxanovskaya miqrantların testləri ilə bağlı korrupsiya qalmaqalından sonra işdən çıxarılıb.

Musavat.com xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti yazıb.

Universitetin adının çəkilməsini istəməyə əməkdaşının jurnalistə verdiyi məlumata görə, Elm və Təhsil Nazirliyinin nümayəndələri aprelin 19-da səhər tezdən institutun müvəqqəti rəhbəri təyin edilmiş Nikita Qusevlə birlikdə ali təhsil ocağına gəlib, onu kollektivə təqdim ediblər. Qusev Moskva Dövlət Universitetinin keçmiş prorektoru olub.

İnstitutdan bildirilib ki, onlara Truxanovskayanın işdən çıxarılmasına dair sənəd yox, yalnız Qusevin təyinat barədə əmr göstərilib,. İnstitutun əməkdaşları nazirlik nümayəndələrinə Truxanovskayanın xəstəlik məzuniyyəti götürdüyünü və sərəncamla tanış olmadığını bildiriblər.

Bundan əvvəl bildirilmişdi ki, Moskva müstəntiqləri Puşkin adına Dövlət Rus Dili İnstitutundan mühacirlərin rus dilini bilməsi ilə bağlı saxta sertifikatlar verilməsi və qanunsuz miqrasiya ilə bağlı cinayət işi açıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR