İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada magistral qaz kəmərində güclü partlayış- Video

583 20.12.2022 16:47 Hadisə A A

Rusiyanın Çuvaşiya Respublikasında Urenqoy – Pomarı – Ujqorod magistral qaz kəmərində partlayış baş verib.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, partlayış Çuvaşiyada Kalinino və Yambaxtino kəndləri arasında qeydə alınıb. 

İlkin məlumata görə, hadisəyə səbəb qaz sızması olub. 

Bildirilir ki, partlayış nəticəsində 3 nəfər ölüb, daha 1 nəfər isə yaralanıb. 

Qeyd edək ki, Urenqoy – Pomarı – Ujqorod qaz kəməri 1980-ci illərin əvvəlində inşa edilib. Bu kəmər vasitəsilə Qərbi Sibirdən Avropaya qaz nəql edilir. Kəmər Kursk vilayətində Rusiya-Ukrayna sərhədini keçir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR