İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada kütləvi səfərbərliyə gedir? - İddialar güclənir

806 24.06.2026 19:42 Ölkə A A

Rusiyada yeni səfərbərlik ehtimalı yenidən müzakirə mövzusuna çevrilib. Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Dövlət Dumasının bəzi deputatları sentyabr seçkilərindən sonra ölkə rəhbərliyinə yeni səfərbərliklə bağlı müraciət edə bilərlər.

Təşəbbüsün yeni çağırışla formalaşacaq Dövlət Dumasının ilk iclaslarından birində səsləndirilməsi nəzərdən keçirilir. Məqalədə son günlər belə ehtimalları gücləndirən bir sıra məqamlara diqqət çəkilir. Bunlardan biri Penza vilayətində keçirilən kütləvi reydlərdir. Hüquq müdafiəçilərinin iddiasına görə, bəzi şəxslər küçələrdən hərbi komissarlıqlara aparılıb və müqavilə imzalamağa sövq ediliblər.

Nəşrin həmsöhbəti olan bəzi hərbçilər də cəbhədə şəxsi heyət çatışmazlığının davam etdiyini bildiriblər. Onların sözlərinə görə, son aylarda könüllülərin sayı azalıb və bu məsələ hərbi dairələrdə tez-tez müzakirə olunur.

Müxtəlif mənbələrə görə, Rusiya ordusunun itkiləri ilə yeni cəlb olunan şəxslərin sayı arasında fərq yaranmağa başlayıb. Bu barədə həm Ukrayna tərəfi, həm də bəzi Qərb analitik mərkəzləri məlumat yayıblar. Eyni zamanda, Rusiya rəsmiləri yeni səfərbərlik planlarının olmadığını bəyan edirlər. Son aylarda Dmitri Medvedev, Dmitri Peskov və Dövlət Dumasının deputatı Viktor Sobolev belə planların mövcudluğunu təkzib ediblər.

Bununla yanaşı, son illərdə hərbi xidmət və səfərbərliklə bağlı qanunvericilik əhəmiyyətli dərəcədə sərtləşdirilib. Elektron çağırış sistemləri yaradılıb, hərbi qeydiyyatdan yayınan şəxslərə qarşı yeni məhdudiyyətlər tətbiq olunub.

Siyasi şərhçi Yekaterina Şulmanın sözlərinə görə, 2022-ci illə müqayisədə hazırda mümkün səfərbərlik üçün hüquqi mexanizmlər daha geniş şəkildə formalaşdırılıb. Onun fikrincə, çağırışların elektron reyestrlər vasitəsilə aparılması və yeni məhdudiyyətlərin tətbiqi dövlətin imkanlarını artırıb.

Qeyd edək ki, yeni səfərbərliklə bağlı hazırda Rusiya hakimiyyəti tərəfindən rəsmi qərar və ya fərman açıqlanmayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR