İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada işçi çatışmazlığı tarixi maksimuma çatıb – Mərkəzi Bank

775 12.03.2024 21:22 Dünya A A

Rusiya Bankının apardığı tədqiqat göstərib ki, 2024-cü ilin yanvarında ölkədə işçi çatışmazlığı tarixi maksimuma çatıb. Bankın Tədqiqat və Proqnozlaşdırma Departamentinin biznes arasında keçirdiyi sorğulardan aydın olur ki, işçi çatışmazlığı məhsuldarlığın artımının əmək haqqı artımına uyğunlaşmasına mane olur.

Musavat.com xəbər verir ki, Mərkəzi Bankın materiallarına görə, Rusiya şirkətlərinin əksəriyyətində, xüsusən də orta səviyyəli işçilər və rəhbər vəzifələrə namizədlər axtarılan zaman kadr çatışmazlığı yaşanır.

Kredit təşkilatlarının 96 faizi, qiymətli kağızlar və kollektiv investisiya bazarı iştirakçılarının 87 faizi, maliyyə bazarının digər sektorlarından olan şirkətlərin 88 faizi orta səviyyəli işçilərin işə götürülməsində çətinliklər yaşayır. Bu təşkilatların nümayəndələrinin üçdə birindən çoxu rəhbər vəzifələrə işçi tapmağın son dərəcə çətin olduğunu bildirir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR