İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada iri şirkətlərdən toplanan “müharibə xərci”nin məbləği açıqlandı

1200 31.01.2024 20:00 Region A A

Rusiyada iri şirkətlərdən “müharibə xərci” kimi toplanan verginin həcmi 318,8 milyard rubl təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat Rusiya Maliyyə Nazirliyinin hesabatında əksini tapıb.

Məlumatdan aydın olur ki, bu vəsaitin 3,3 milyard rublu 2024-cü ildə 10 faiz dərəcəsi ilə ödənilib: “İri şirkətlərin izafi mənfəət vergisindən federal büdcəyə daxil olan gəlirlərin məbləği 318,8 milyard rubl təşkil edib. Bu vəsaitlər dövlət proqramlarının həyata keçirilməsi, o cümlədən biznesin və sosial sahənin dəstəklənməsi üçün nəzərdə tutulub. Ödənişlərin həcmi 2023-cü ilin sonu 315,5 milyard rubl, 2024-cü ildə isə 3,3 milyard rubl təşkil edib”.

Qeyd edək ki, birdəfəlik vergi yalnız 2021-2022-ci illər üçün vergidən əvvəlki orta mənfəəti 1 milyard rubldan çox olan böyük şirkətlər tərəfindən ödənilir. Tətbiq olunan qaydaya əsasən, vergini 2023-cü ilin sonunadək ödəyənlər onu mənfəətin 5 faizi, ondan sonra ödəyənlər isə 10 faizi həcmində ödəməliydilər. Rəqəmlərdən aydın olur ki, əksər şirkətlər 10 faiz deyil, 5 faiz ödəmək üçün əməliyyatı ötən il həyata keçiriblər.

Maliyyə naziri Anton Siluanov 2023-cü ilin dekabr ayının sonunda Rusiya büdcəsinə belə vergi şəklində 315 milyard rubl daxil olduğunu açıqlayıb. Bu vergidən daxilolmaların həcmini artırmağın mümkün olub-olmaması ilə bağlı sualı cavablandıran Siluanov qeyd edib ki, Rusiya Federasiyasının Maliyyə Nazirliyi 315 milyard rubl ödənildikdən sonra biznesdən yeni gəlirlərə qarşı deyil.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR