İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada gömrük generalı və polkovniki böyük rüşvətlə yaxalandı

1038 24.03.2023 16:12 Son xəbər A A

Rusiya Federal Gömrük Xidmətinin iki yüksək rütbəli əməkdaşı rüşvət almaqda şübhəli bilinərək saxlanılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, FGX-nin mətbuat xidməti onların saxlanma faktını təsdiqləyib.

Məlumata əsasən, saxlanılanlardan biri Mərkəzi Gömrük İdarəsinin (CTU) rəis müavini, general Aleksandr Beqlovdur. Ondan başqa, Mərkəzi Aksiz Gömrük İdarəsinin əməkdaşı, polkovnik Aleksandr Aleyev də saxlanılıb.

REN TV-nin məlumatına görə, Federal Gömrük Xidmətinin generalı və polkovniki özləri ilə 50 min dollar (3,8 milyon rubl) gətirən iki sahibkarla görüşüblər. Pul köçürülən zaman dördü də saxlanılıb. Gömrükçülərin pulu hansı “xidmətə” görə aldıqları hələlik məlum deyil.

Saxlanılanların evlərində və iş yerlərində axtarış aparılıb. FTX əməkdaşlarının apardığı axtarışlar zamanı onlardan 40 milyon rubldan (523 min dollar) çox pul, sənədlər, informasiya daşıyıcıları və bahalı əşyalar, xüsusən də saatlar müsadirə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR