İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada faciə: 215 uşaq suda boğuldu

1169 15.07.2024 17:46 Dünya A A

Yayın əvvəlindən Rusiyada su anbarlarında 215 uşaq bataraq ölüb, 88 uşaq xilas edilib.

Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkov məlumat açıqlayıb.

Onun sözlərinə görə, ölənlərin sayı həm böyüklər, həm də uşaqlar arasında artır: “Artıq 1314 nəfər suda çimməyin qurbanı olub, onlardan 215-i uşaqdır”.

Kurenkov qeyd edib ki, istidə su hövzələri istirahət edənləri cəlb edir. Bununla yanaşı, onun sözlərinə görə, insanlar ən sadə təhlükəsizlik tədbirlərini unudurlar: təchiz olunmamış yerlərdə çimirlər, sərxoş vəziyyətdə çimirlər, uşaqlarına nəzarət etmirlər.

“Sudan 358 nəfər, o cümlədən 88 uşaq xilas edilib”, - nazir əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR