İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada dəhşət: Yaşlı qadın miqrantları kölə kimi saxlayırmış - VİDEO

1213 09.05.2024 04:33 Dünya A A

Rusiyada qadın altı miqrantı qanunsuz olaraq kölə saxlayıb, dilənməyə məcbur etdiyi üçün həbs edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə Moskva vilayətində qeydə alınıb. Balaşixalı qadın evlərin birində beş kişi və bir qadını qul kimi saxlayıb, onlara qarşı fiziki və psixoloji zorakılıq tətbiq edib. Bundan başqa qadın onların sənədlərini, şəxsi telefonlarını götürüb və dilənməyə məcbur edib. Onların fəaliyyətinə o, özü nəzarət edib.

Qeyd edilib ki, qadına qarşı cinayət işi açılıb, onu üç ildən 10 ilə qədər həbs cəzası gözləyir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR