İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada 2024 ŞOKU: Putin üçün RİSKLİ ssenari

999 14.06.2023 17:57 Region A A

Rusiyada 2024-cü ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri təxirə salına bilərmi?

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, vaxtilə Putinin çıxışlarını yazan, hazırda müxalifyönlü cəbhəyə keçən politoloq Abbas Qallyamov 2024-cü ildə keçiriləcək prezident seçkilərinin olmayacağını və Rusiyada hərbi vəziyyətin tətbiq olunacağını istisna etmədiyini bildirib.

Qallyamov prezidentin Rusiyada hərbi vəziyyətin tətbiq olunmayacağı ilə bağlı bəyanatına inanmamağa çağırıb. Keçmiş spiçrayterin fikrincə, seçkilərdə qalib gəlməyin çox çətin olacağı bir vəziyyətdə hərbi vəziyyətin saxlanması və seçkilərin ləğvi ona xilasedici addım kimi görünə bilər.

“Müharibədə qələbə olmadıqda etiraz səsi çox güclü olacaq. Putin rusların ümidlərini doğrultmayıb - ölkəni avantüraya sürükləyib və onu itirməkdədir. İnsanlar onun əleyhinə səs verəcəklər və seçkilər nəhəng miqyasda saxtalaşdırılacaq. Nəticələri 50-dən 55%-ə yüksəltmək bir şeydir, 20-dən 55-ə qaldırmaq isə başqa məsələdir. Yəni yeni bir “Bolotnaya” (Putinə qarşı etiraz hərəkatının simvolik adı - red.) baş verə bilər. Təhlükəsizlik qüvvələrinin sədaqətsizliyi şəraitində isə bu, riskli ssenari sayılır. Yalnız hərbi vəziyyətin tətbiqi və seçkilərin ləğvi ilə bunun qarşısını almaq olar”, - deyə o qeyd edib.

Qallyamova görə, Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibəni inadla “xüsusi əməliyyat” adlandıran prezident sadəcə olaraq özünə başqa seçim qoymayıb.

“Hər şey qaydasındadır, hər şey plana uyğundur” adlı kursun girovu olan Putin bu fikri mümkün qədər inandırıcı şəkildə çatdırmağa çalışır. Lakin artıq davranış modelini dəyişdirə bilmir. Bu plan heç kimə aydın deyil və hamı “heç bir şeyin yolunda getmədiyini” görür, ölkə başçısı isə özünü qeyri-adekvat aparır. Hazırda hər kəs özü üçün işləməyə, sistem isə çökməyə başlayıb. Ən parlaq nümunə Priqojinlə Müdafiə Nazirliyi arasındakı münaqişədir ki, hakimiyyət onu həll edə bilmir”, - deyə rusiyalı ekspert bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR