İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xüsusi təyinatlıları Zəngəzur dağlarında intensiv təlim keçir... - Səbəbi – Tofiq Zülfüqarovla “Canlı”da

1303 27.03.2023 13:26 Gündəm A A

Bundan əvvəl Ermənistanın dağlıq rayonlarında Rusiya hərbi pilotlarının da kompleks hazırlığı keçirilib...Erməni mediasının yazdığına görə, bu haqda Rusiya Müdafiə Nazirliyini rəsmi saytı məlumat yayıb.

Hərbçilər yüksək dağlıq ərazilərdə kəşfiyyat və axtarış fəaliyyətini, müxtəlif formalı dağlıq relyef şəraitində sığınacaqların təşkili üsullarını, əldəqayırma vasitələrdən kamuflyaj növlərini işləyiblər, xəritədə orientasiya və azimut üzrə hərəkət etmək vərdişlərini təkmilləşdiriblər, həmçinin yerdə gizli hərəkət metodlarını öyrəniblər. Bundan əlavə, xüsusi təyinatlılar müxtəlif məsafələrdə və müxtəlif mövqelərdən müxtəlif tipli hədəflərə adi silahlardan yüksək sürətlə atəşlər həyata keçirib.

Cənub Hərbi Dairəsinin hərbi qulluqçuları dağlıq ərazilərdə oksigen aclığı, ekstremal temperatur və atmosfer təzyiqi şəraitində sağ qalma və təhlükəsiz davranış vərdişlərinə yiyələniblər. "Xatırladaq ki, Rusiya hərbi pilotlarının kompleks hazırlığı da Ermənistanın dağlıq rayonlarında da keçirilib. Bu cür intensivliyin və məşqlər kompleksinin səbəbi hələki məlum deyil" - Ermənistan mediası belı yazır.

Bu və gündəmdəki digər xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində eks xarici işlər naziri Tofiq Zülfqarovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/channel/UCtvU8QAYnxFG

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR