İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Ukraynada ərzaq mağazasına raket atdı: 49 nəfər öldü

918 05.10.2023 17:47 Hadisə A A

Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Xarkov şəhərində ərzaq dükanına havadan zərbə endirməsi nəticəsində 49 nəfər ölüb, 6 nəfər yaralanıb.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, raket zərbəsi adi ərzaq dükanına endirilib: "Hadisə Xarkov vilayətinin Kupyansk rayonunda baş verib. Bu, terror aktıdır”.

Xarkov vilayəti hərbi administrasiyasının məlumatına görə, Qroza kəndi hücuma məruz qalıb və nəticədə 49 nəfər ölüb.

Bildirilib ki, raket adamların çox olduğu kafe və mağazaya düşüb.

Məlumata əsasən, ölənlərdən biri 6 yaşlı oğlandır: “Biri uşaq olmaqla 6 nəfər yaralanıb”.//Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR