İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün Ukrayna ikinci plana düşdü – ŞOK SƏBƏB

8703 29.06.2023 12:47 Son xəbər A A

Ukraynadakı müharibə artıq Rusiya siyasi elitası üçün prioritet deyil. İndi hökumət üçün əsas əhəmiyyət kəsb edən siyasi rejimin sağ qalması, yəni daxili strukturların gücləndirilməsi və Priqojin və ya başqa bir hərbi lider tərəfindən yenidən üsyan təhlükəsinin aradan qaldırılması olacaq.

Musavat.com xəbər veir ki, bu barədə Polşanın aparıcı beyin mərkəzi “PISM” yazıb.

Məqalədə qeyd edilir ki, bu səbəbdən Rusiya qoşunları qüvvələrin Ukrayna cəbhəsinə köçürülməsindən yayınacaq. Eyni zamanda, hakimiyyət işğal olunmuş ərazilərdə hərbiləşdirilmiş birləşmələrin ordu ilə rəqabət aparmaması üçün onlara tabe edilməsi prosesini sürətləndirəcək.

“2024-cü il prezident seçkilərinə qədər Putin Ukrayna ilə sülh danışıqlarına başlamayacaq, çünki bu, bir daha onun zəifliyi kimi qəbul ediləcək”, - deyə bildirilir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR