İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya üçün Qara və Azov dənizlərinə çıxış bağlanır? - Ukraynadan TƏLƏB

1038 29.04.2022 15:10 Gündəm A A

"Günahsız Ukrayna xalqına qarşı qətliam törədən azğın rus ordusunun apardığı bu müharibədən sonra Rusiyanın Ukraynaya vurduğu zərər və ziyanın miqdarı müəyyən edilməlidir".

Bunu Milli.Az-a açıqlamasında Ukrayna Siyasi Elmlər Akademiyasının üzvü, professor Petro Mironenko deyib.

Ukraynalı siyasi şərhçi bildirib ki, Rusiya Qara dəniz və Azov dənizinə çıxışdan məhrum edilməlidir:

"Sivil ukraynalılara qarşı törədilən bu cinayət soyqırım kimi tanınmalıdır. Daha sonra təzminatlarla bağlı beynəlxalq qərarlar qəbul edilərək təcavüzkar müharibəyə başlayan Rusiya tərəfindən hücuma məruz qalan Ukraynaya dəymiş ziyan tam və ya qismən kompensasiya (sülh müqaviləsi və ya digər beynəlxalq aktlar əsasında) ödənilməlidir.

Hesab edirəm ki, ədalətli beynəlxalq həll yolu Rusiyanı Qara və Azov dənizlərinə çıxışdan məhrum etməkdir. Yəni Rusiyanın Qara və Azov dənizlərinə bitişik ərazilərini Ukraynaya da vermək olar.

Bunun nəticəsində də Rusiya gələcəkdə Qara dəniz ölkələrinə qarşı təcavüz imkanından məhrum edilməlidir. Belə bir təklif BMT-yə və BMT-nin Haaqa Beynəlxalq Məhkəməsinə verilməsi üçün ABŞ və müttəfiqlərinin dəstəyi ilə Ukrayna Ədliyyə Nazirliyi və Xarici İşlər Nazirliyi tərəfindən hazırlanmalıdır. "Rusiyanı təhrik etməmək" kimi geosiyasi oyun həmişəlik bitməlidir, çünki biz bu gün artıq dünyanı azğın Rusiyadan qoruyan Ukrayna xalqının soyqırımı mərhələsinə çatmışıq".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR