İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya şəhərləri YERLƏ-YEKSAN edilir: zavodlar partladılır, vilayətlər və Krım ZÜLMƏT içində - TV Musavat

642 06.07.2026 10:55 Dünya A A

Ukraynaya məxsus pilotsuz uçuş aparatları Rusiyanın Yaroslavl vilayətində yerləşən "Slavneft-YANOS" neft emalı zavoduna zərbə endirib. Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev məlumat verib. Qubernator pilotsuz uçuş aparatlarının hücumunu təsdiqləyərək, müəssisənin yerləşdiyi ərazidə hərəkətin müvəqqəti məhdudlaşdırıldığını bildirib.

Yerli mənbələrin məlumatına görə, hücumdan sonra neft emalı zavodunun ərazisində yanğın müşahidə olunub.
Qeyd edək ki, "Slavneft-YANOS" Rusiyanın ən iri neft emalı müəssisələrindən biridir. Zavod ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.

Kaluqa qubernatoru Vladislav Şapşa da sənaye müəssisələrinin birində dron hücumu nəticəsində yanğın başladığına dair məlumat yayıb.

Rusiya hava hücumundan müdafiə sistemləri gecə ərzində ölkə üzərində 519 ədəd Ukrayna PUA-sını məhv edib. Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, PUA-lar Belqorod, Pskov, Novqorod, Bryansk, Kursk, Oryol, Tula, Tver, Yaroslavl, Voronej, Smolensk, Kaluqa, Ryazan, Lipetsk, Rostov, Samara, Saratov, Volqoqrad, Leninqrad, Moskva, Krasnodar, Krım, eləcə də Azov dənizi üzərində vurulub.

TVMusavat-ın canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi politoloq Rəşad Bayramovla müzakirə edir.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR