İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya saytı Paşinyanın bu karikaturasını yaydı

2338 09.09.2023 22:18 Siyasət A A

 

Ruslar müzakirələrdə yazır: “Ermənilər Moskvada tərəvəz satmalı, rus oğlanları isə onlar üçün ölməyə getməlidrlər?”

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyanı ittiham edən son bəyanatlarından sonra Moskva-İrəvan münasibətləri xeyli gərginləşib. Son olaraq Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın “qeyri-dost” addımlarından narahat olduğunu bildirib.

Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada erməni siyasi elitasının son vaxtlar Rusiya ilə ikitərəfli münasibətləri və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) əlaqələrini şübhə altına aldığı bildirilib.

 Bəyanatda bildirilir ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılması üçün Rusiya ilə əldə olunan üçtərəfli razılaşmaların etibarlılığını şübhə altına alır və aşağıdakı bəyanatlara yer verir: “Bu kontekstdə Ermənistan administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başlayıb, Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyan Kiyevdəki nasist rejiminə humanitar yardım çatdırmaq üçün Kiyevə gedib. ABŞ-ın iştirakı ilə son günlər hərbi təlimlərin təşkili ilə bağlı bir sıra qeyri-dost addımlar atıb”.

Bəyanatda Ermənistanın Moskvadakı səfiri Vaqarşak Arutyunyanın bu səbəblərə görə Rusiya Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib və aşağıdakılar qeyd edilib.

“Ona sərt təqdimat edilib və etiraz notası çatdırılıb. Notada Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın sentyabrın 6-da Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova və bütövlükdə Rusiya XİN-in ünvanına səsləndirdiyi təhqiramiz ifadələrin yolverilməzliyi vurğulanıb”.

Bəyanatda vurğulanır ki, Moskva Rusiya və Ermənistanın müttəfiq olaraq qalacağını və ikitərəfli razılaşmaların tam şəkildə yerinə yetiriləcəyini güman edir.

Ermənistan Xarici İşlər Nazirliyi isə “tormoz”a basmağı üstünlük verib.  Ermənistan xarici işlər nazirinin müavini Ovannisyan deyib ki, Rusiya ilə fikir ayrılıqları olur və bununla bağlı müzakirələr gedir. “Bu, Rusiya ilə Ermənistan arasındakı münasibətin gərgin olduğuna əsas gətirilə bilməz. Bütün məsələlər üzrə Rusiya tərəfi ilə  müzakirələr gedir", - Ovannisyan bildirib.

Musavat.com xəbər verir ki, Rusiyanın Vzqlad.ru saytı Paşinyanın karikaturasını saytında yerləşdirib. Aydın görünür ki, Paşinyana arxadan çomaq verən əl ABŞ-dır və onu Ermənistanın baş nazirinə Rusiyaya qarşı işlətmək üçün verir. Sayt bu kollajı yerləşdirdikdən sonra müzakirə pəncərisini açıq qoyub. Rusların iştirak etdiyi müzakirələrdə isə həm ermənilərə, həm Ermənistana yönəlik xeyli ittihamlar var.   

Müzakirədə iştirak edənlərdən biri yazır: “Heç bir koalisiya Qarabağı ermənilərə  geri qaytarmağa kömək etməyəcək. Üstəlik, NATO-ya daxil olduqdan sonra Paşinyandan İncilə heç bir iddiada olmadığına dair and içmək tələb olunacaq”

Başqa bir izləyici belə yazır: “Bu gülməli deyil, çünki Qarabağda hər şeyi özü təhvil verib və indi məsuliyyəti başqalarının üzərinə atmağa çalışır. Hiyləgər adam...”

Daha bir izləyicinin yazdıqları da maraqlıdır: “Qarabağ ermənilərə niyə lazımdır?  Ermənilər öz ölkələrində yaşamaq istəmirlər, dünyada on milyondan çox olmasına baxmayaraq, cəmi iki milyon yarımı ölkəsində  qalıb.  Onların əksəriyyəti üçün Ermənistan sadəcə,  ata-baba yurdudur. Ermənilərin özlərinə vətənidə yaşamırlarsa, niyə başqa dövlətlər Ermənistanın rifahının “qayğısına” qalmalıdır,  sülhməramlı kimi orada kimlərisə  müdafiə etməlidir?”

Başqa bir izləyici yazır: “SSRİ-nin dağılması  Ermənistanın Dağlıq Qarabağın müstəqilliyi tələbə ilə başladı. Paşinyan qoyun kimi axmaqdır - ABŞ və NATO-nun Ukraynanın başına gətirdiklərini görmürmü?”

Başqa biri də belə mövqe bildirib: “O, axmaq deyil, hiyləgərdir və bu hiyləgərlik xalqının xeyrinə deyil, öz xeyirinə yönəlib”.

Daha bir izləyici: “Ermənilər Moskvada tərəvəz satmalı, rus oğlanları isə onlar üçün ölməyə getməlidrlər?”

Göründüyü kimi, təkcə rəsmi Moskva deyil, rusiyalılar da Ermənistanın baş nazirinin son davranışlarından ciddi narazıdırlar.

Orxan ƏLİYEV,
Musavat.com

  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR