İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya rəsmisindən ABŞ-a sərt sözlər: "Bizimlə birbaşa hərbi qarşıdurmadan qaçmağa çağırırıq"

1376 24.09.2022 12:07 Gündəm A A

Ukrayna ilə müharibə vəziyyətində olan Rusiya ABŞ-la qarşıdurmanı davam etdirir.

Musavat.com xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkovun açıqlamaları gündəmə gəlib.

Onlara qarşı döyüşmək üçün Ukraynaya ABŞ hərbçilərinin göndərilməsinin mümkünlüyündən danışan Ryabkov, "ABŞ administrasiyasını Rusiya ilə birbaşa hərbi qarşıdurmaya səbəb ola biləcək vəziyyətdən qaçmağa çağırırıq", - deyə bildirib.

Rusiya Ukraynadakı hərbi əməliyyatlarında işğal etdiyi torpaqları itirdikdən sonra Vladimir Putin ölkədə qismən səfərbərlik elan edərək, qərb ölkələrinin Kiyevə silah dəstəyini davam etdirəcəkləri təqdirdə nüvə silahından da istifadəyə edə biləcəklərini ifadə etdi.

Bütün dünyanı narahat edən bu açıqlamadan sonra Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynaya ABŞ əsgərlərinin onlara qarşı döyüşmək üçün göndərilməsi ehtimalı ilə bağlı çıxışında bunları deyib: "Silahlı qarşıdurmanın bir addımlığında olan ABŞ və NATO ilə açıq şəkildə müharibə Rusiyanın maraqlarına uyğun deyil. Ümid edirik ki, ABŞ prezidenti Co Baydenin administrasiyası da Ukraynada münaqişənin nəzarətsiz gərginləşməsi təhlükəsindən xəbərdardır. Biz ABŞ administrasiyasını Rusiya ilə birbaşa hərbi münaqişəyə gətirib çıxara biləcək vəziyyətdən qaçmağa çağırırıq".

Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR