İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya ordusunun itkiləri 40 minə çatır - ŞOK SİYAHI

935 23.07.2022 19:55 Region A A

Ukrayna hərbçiləri son sutka ərzində daha 240 rus əsgərini məhv edib.

Ümumilikdə Rusiya Federasiyası müharibədə 39 mindən çox əsgərini itirib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rəsmi məlumata əsasən rusların bu ilin iyul ayının 23-nə qədər döyüş itkiləri aşağıdakı göstərilən kimidir:

Şəxsi heyət - təxminən 39240 (+240,
tanklar - 1708 (+4) ədəd,
zirehli döyüş maşınları - 3929 (+9) ədəd,
artilleriya sistemləri - 864 (+1) ədəd,
RYARS (reaktiv yaylım atəşli raket sistemləri) - 253 (+2) vahid,
hava hücumundan müdafiə sistemləri - 113 (+0) ədəd,
təyyarə - 221 (+0) ədəd,
helikopterlər - 188 (+0) ədəd,
PUA-lar - 714 (+1),
qanadlı raketlər - 167 (+0),
gəmilər / qayıqlar - 15 (+0) ədəd,
avtomobil avadanlığı və tankerləri - 2820 (+17) ədəd,
xüsusi avadanlıq - 72 (+0).

Qeyd edək ki, Rusiya ordusunun ən çox Kramatorsk, Krivoy Roq və Baxmut istiqamətlərində itki verdiyi qeyd olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR