İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya müharibəni Ukrayna ilə yox, Gürcüstanla başlamalı idi, çünki...

2626 20.08.2022 12:26 Yazarlar A A

Gürcüstan: Bütün post-sovet məkanında tək ölkə...

Rusiya mənbələrinə inansaq, bu günlərdə Avropa Birliyi Gürcüstanın Assosasiya sazişindən iərli gələn öhdəlikləri necə yerinə yetirməsi haqda hesabat açıqlayıb.

Düşünürdük ki, hesabat bir məsələyə, bəli, Tiflisə niyə görə namizəd-dövlət statusu verilməməsinə aydınlıq gətirəcəkdir, amma biz hesabatın şərhindən bununla bağlı tutarlı arqumentə təsadüf etmədik.

Bir daha qeyd edək ki, bu bir növ Brüsselin tapmacası olaraq qalır, çünki Aİ qarşısında öhdəliklərin yerinə yetirilməsində Tiflis nəinki Kişinyovdan, hətta Kiyevdən irəli bir ölkə sayılırdı. Amma nəticədə nə baş verdi? Tiflis bütün post-sovet məkanında Avropaya qarşı canatımları dəyərləndirilməyən bir ölkə kimi qaldı. Xüsusən də nəzərə almaq lazımdır ki, Moldovaya və Ukraynaya namizəd dövlət statusu vermək Brüssel qarşısında hansısa ciddi bir öhdəlik qoymurdu, indiki məqamda bu, daha çox siyasi qərar idi və Avropa İttifaqı Gürcüstanı da bu siyahıya qatmaqla heç bir risk etmirdi.

Avropa Birliyi Tiflisdə hakimiyyəti dəyişmək istəyir, yoxsa…

Amma Gürcüstanın kənarda qalması bu ölkə üçün müəyyən risklər yarada bilər, çünki Moskvanın növbəti təcavüz ünvanı Gürcüstan ola bilər. Maraqlıdır ki, Avropaya can atan bütün post-sovet ölkələri adekvat cavablarını aldılar, onların arzusuna bu və ya digər şəkildə cavab verildi. Amma Gürcüstana bu münasibət göstərilmədi. Odur deyə bilərik ki, Tiflis bütün post-sovet məkanında Avropadan soyuq münasibət görən yeganə ölkə oldu.

Rusiya MDB məkanına nəzarəti itirir: Postsovet ölkələri arasında yeni  toqquşmalar ola bilər

Təhlilçilər bunu daha çox hakim “Gürcü arzusu” koalisiyası ilə izah edirlər. Amma biz bunu yetərli edə biləcək bir arqument görmürük. Tiflisin Moskva ilə münasibətləri heç də Kişinyovunkundan, hətta Kiyevinkindən rəvan deyildi. Rusiya – Gürcüstan müharibəsindən sonra iki dövlətin münasibətləri çox gərgin olaraq qalırdı və “Gürcü arzusu” koalisiyasından bu münasibətləri mülayimləşdirəcək heç bir addım görmədik və indi də görmürük...

Gürcüstan vətəndaşlarının Avropa İttifaqı ərazisinə girişinə qoyulan qadağa  ləğv olunur

Əslində Rusiya müharibəni Ukrayna ilə yox, Gürcüstanla başlamalı idi, çünki Tiflis NATO-ya da, Avropa İttifaqına daha çox can atırdı. Amma müharibənin Ukraynaya qarşı başlanılması göstərdi ki, NATO da, Aİ də bir bəhanədir. Ruisya post-sovet məkanı uğrunda müharibə aparır və bu səbəbdən də ilk olaraq Kiyevdən başladı. Əlbəttə, Ruisyanı buna şirnikləndirən məqamlar da oldu. Bir neçə il bundan əvvəl Gürcüstana qarşı ildırımsürətli müharibə alınmışdı. Bu il KTMT Qazaxıstanda da uğurlu müharibə aparmışdı. Ona görə də Kremldə düşünürdülər ki, guya Ukraynada da belə olacaq. Amma alınmadı...

Bəs Gürcüstanı nə gözləyir? Təkcə Tiflisin yox, bütün post-sovet məkanının taleyi Rusiya- Ukrayna müharibəsindən asılı olacaq: əgər bu müharibədə Kiyev qalib gəlsə Avropa Birliyi daha qətiyyətli hərəkət edəcək və qalan sovet ölklərini də Aİ və hətta NATO-ya qəbul edəcək. Yox, əgər Rusiya qalib gəlsə, bu halda vəziyyət çətin olacaq, Moskva digər post-sovet ölkələrinə də müdaxilə edəcək və o halda hansısa namizəd ölkə- filan statusu kömək etməyəcək, Baltik ölkələrindən başqa bütün əski sovet ölkələri Kremlin təhdidilə üzləşəclər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR