İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya MN-dən Qarabağ açıqlaması: “Atəşkəs rejimi beş dəfə pozulub”

763 28.06.2023 20:57 Son xəbər A A

Ötən gün erməni təxribatçıların açdığı atəş nəticəsində Azərbaycan hərbçisinin yaralanması barədə hər hansı açıqlama yaymayan Rusiya Müdafiə Nazirliyi bu gün açıqlama yayıb.

Musavat.com erməni mediasına istinadən bu barədə bildirir. Bildirilir ki, Qarabağın Ağdərə və Xocavənd rayonlarında Rusiya sülhməramlıları tərəfindən atəşkəs rejiminin beş dəfə pozulması faktı qeydə alınıb.

Rusiya Müdafiə Nazirliyinin informasiya bülletenin əsasən, Ermənistan və Azərbaycan tərəfdən ölən və yaralananlar var.

Əlavə olunur ki, Rusiya hərbi komandanlığı Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələri ilə birlikdə bu faktlarla bağlı araşdırmalar aparır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR