İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Ağ Evə niyə gedir? - ŞOK DETALLAR

516 25.07.2026 16:53 Dünya A A

ABŞ prezidenti Donald Trampla İsrailin baş naziri Benyamin Netanyahu arasında növbəti yüksək səviyyəli görüşün tarixi müəyyənləşib. Yaxın Şərqdə gərginliyin davam etdiyi bir vaxtda baş tutacaq təmas beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Benyamin Netanyahu Donald Trampın dəvəti ilə iyulun 27-də Vaşinqtona səfər edəcək. İsrail baş nazirinin dəftərxanasının yaydığı məlumata əsasən, Netanyahu iyulun 28-də Ağ Evdə Trampla görüş keçirəcək. Görüşdə regional təhlükəsizlik, Yaxın Şərqdəki son vəziyyət və ikitərəfli əməkdaşlığın gündəmdə olması gözlənilir.

Tramp-Netanyahu görüşündə hansı əsas məsələlər müzakirə olunacaq? Bu təmas Yaxın Şərqdəki proseslərə və regional təhlükəsizlik mühitinə necə təsir göstərə bilər?

KENAN NOVRUZOV ESAS.jpeg (94 KB)

Siyasi şərhçi Kənan Novruzov Musavat.com-a açıqlamasında bu səfərin çoxdan gözlənildiyini qeyd edib:

"Liderlərin müzakirə edəcəyi kifayət qədər məsələ var. Bunlardan birincisi ikitərəfli münasibətlərlə bağlıdır. Son zamanlar tərəflər arasındakı münasibətlər əvvəlki kimi yaxşı deyil. Ziddiyyətlər getdikcə artır. Bunun əsas səbəbi tərəflərin İranla bağlı fərqli mövqeyidir. ABŞ İranla konstruktiv münasibətlərdə maraqlıdır. Rəsmi Tehran da diplomatiyaya üstünlük verir. Amma İsrail bütün imkanları ilə bu prosesi pozmağa və yeni müharibəyə rəvac verməyə çalışır. İkincisi, Yaxın Şərqdə hazırda hökm sürən qeyri-müəyyənlikdir. Bu, xeyli dərəcədə ikitərəfli münasibətlərdəki suallarla bağlıdır. Regiondakı hazırkı mənzərə rəsmi Təl-Əvivi qane etmir. Düşünmək olar ki, görüşdən sonra bölgədə yeni dinamika müşahidə olunacaq.

Üçüncüsü, ABŞ-nin İranın uranı zənginləşdirmə fəaliyyətinə qarşı sərt mövqe nümayiş etdirdiyi bir vaxtda Səudiyyə Ərəbistanına mülki nüvə enerjisi məqsədilə uranın zənginləşdirilməsi layihəsinə icazə verməsi məsələsi də gündəlikdə olacaq. Trampın son bəyanatında vurğulanır ki, Səudiyyə Ərəbistanı "İbrahim sazişləri"nə qoşulmayana və İsraillə münasibətləri normallaşdırmayana qədər həmin müqavilədən irəli gələn öhdəliklər tam şəkildə yerinə yetirilməyəcək. Bu baxımdan sözügedən qərar Təl-Əvivi birbaşa maraqlandırır. Dördüncüsü, bu ilin oktyabr ayında İsraildə parlament seçkiləri keçiriləcək. Netanyahunun reytinqi getdikcə azalır. Onun hakimiyyətdən getmək ehtimalı var. Ola bilsin, İsrail baş naziri Ağ Ev rəhbərindən siyasi dəstək istəsin. Bu isə Təl-Əvivin Vaşinqtonun siyasətinə nə qədər uyğunlaşmasından asılıdır. Beləliklə, indidən təxmin etmək olar ki, görüş ciddi nəticələrlə yadda qalacaq".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR