İnsanlara hürriyət, millətlərə istiqlal!

Vens onu ilk dəfə göstərdi - FOTOLAR

383 25.07.2026 17:03 Dünya A A

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens yeni doğulan dördüncü övladı ilə bağlı ilk ailə fotolarını ictimaiyyətlə bölüşüb.

Musavat.com bildirir ki, Vens "Instagram" hesabında həyat yoldaşı və övladları ilə çəkilmiş səmimi fotoları paylaşaraq izləyicilərinə belə müraciət edib:

"Hamınızın xoş arzularına görə təşəkkür edirik. Altı nəfərlik ailə kimi yeni həyatımıza alışırıq. Alek Nil Vens ilə tanış olun! İndi isə dörd uşaqla normal ailə şəkli çəkdirmək cəhdlərimizə birlikdə baxın".

Picture background

Qeyd edək ki, Ceyms Devid Vens və həyat yoldaşı, hind əsilli amerikalı Uşa Çulukuri 2014-cü ildə ailə qurublar. Cütlüyün Evan (2017) və Vivek (2020) adlı iki oğlu, Mirabel (2021) adlı qızı, eləcə də ailənin ən kiçik üzvü Alek Nil Vens adlı yeni doğulan oğulları var.

Picture background

Xalidə,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR