İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya İranda öz hesabına qaz kəməri çəkəcək

491 17.07.2024 20:40 İqtisadiyyat A A

Rusiya ilə İran arasında bu yaxınlarda imzalanmış memorandum çərçivəsində Rusiya qazının İrana tədarük həcmi gündəlik 300 milyon kubmetr təşkil edəcək. Bu, ildə 109 milyard kubmetr qaz deməkdir.

Musavat.com xəbər verir ki, bunu İranın neft naziri Cavad Oudciyə istinadən İranın Şana və İrna agentlikləri yayıb.

Nazirin sözlərinə görə, sazişə əsasən, “böyük həcmdə Rusiya qazı daxili istehlak üçün İrana və qonşu ölkələrə tədarük ediləcək”, qaz kəmərinin çəkilişi xərclərini isə Rusiya öz üzərinə götürəcək.
Nazir sənədi “enerji diplomatiyasının İranın köməyi ilə iqtisadi inqilab üçün ilkin şərtlər yarada və regionda enerji təhlükəsizliyini təmin edə bilən şah əsəri” adlandırıb.

Ouci onu da qeyd edib ki, söhbət İranın şimalından cənubuna qaz kəmərinin çəkilməsindən gedir.

Xəbər verdiyimiz kimi, iyunun 26-da “Qazprom” İran Milli Qaz Şirkəti (NIGC) ilə Rusiya qazının İrana tədarükünün təşkilinin işlənib hazırlanmasına dair strateji memorandum imzalayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR