İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya "İl-76" qəzasında həlak olanların cəsədlərini Ukraynaya VERMİR

624 02.02.2024 14:07 Dünya A A

Ukrayna Rusiyadan Belqorod vilayətində "İl-76" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan hərbi əsirlərin cəsədlərinin təhvil verilməsini istəyib.

Musavat.com xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Yusov məlumat verib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti qəza ilə bağlı qərəzsiz beynəlxalq araşdırma aparmaqda israrlıdır:

"Ukrayna cəsədlərin təhvil verilməsi üçün müraciət edib və etməkdə davam edir. Hələlik Rusiya tərəfi bununla razılaşmır".

Xatırladaq ki, yanvarın 24-də Belqorod vilayətində "İl-76" hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb.

Rusiya Müdafiə Nazirliyi təyyarənin göyərtəsində 65 ukraynalı hərbi əsir, altı ekipaj üzvü və üç müşayiətçinin olduğunu, onların hamısının öldüyünü bildirib.

Rusiya müstəntiqlərinin məlumatına görə, təyyarə Amerikanın “Patriot” zenit-raket kompleksindən atılan iki raketlə vurulub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR