İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya hökuməti Uralsın endirim faizini artırdı: Şirkətlər alıcı tapmaqda çətinlik çəkirlər

678 22.03.2024 21:57 Dünya A A

Rusiya hökuməti ölkənin əsas neft markası olan Uralsın satışı zamanı etalon marka olan Brentlə müqayisədə mümkün endirim həddini qaldırıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, hökumətin dərc olunmuş qərarına əsasən, 2024-cü il yanvarın 1-dən etibarən neft vergiləri hesablanarkən Urals markalı neftin Brent-ə olan proqnoz endirimi bir barel üçün 20 dollar səviyyəsində müəyyən edilib.

Əvvəl 2024-cü il üçün proqnoz bir barel üçün 15 dollar endirimlə müəyyən edilmişdi. Hökumətin bir barel üçün 20 dollardan çox olmayan endirim təyin etmək hüququ qanunla müəyyən edilib.

Ekspertlərə görə, hökumətin Uralsın endirim imkanını qanunvericilikdə nəzərdə tutulan son həddə qədər artırması Rusiya neftinin satışı ilə bağlı yaranan çətinliklərə görədir. Belə ki, Ukraynadakı işğalçı müharibə başlayandan Rusiya neftinin əsas alıcısı olan Hindistan artıq onun mühüm hissəsinin alışını dayandırıb. Eyni zamanda Ukraynanın emal zavodlarına zərbəsi ixraca yönəldilməli həcmləri çoxaldır. Belə bir şəraitdə Rusiya şirkətləri satmaq üçün neftin qiymətində daha çox endirim etməli olurlar. Vergi hesablanan endirim məbləğinin aşağı olması onların satışlarını artırmalarına imkan vermirdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR