İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya fondu Siqala “yox” dedi 

765 11.08.2022 16:08 Şou-biznes A A

Məşhur Amerika aktyoru və rejissoru Stiven Siqal Donbasdakı hadisələr haqqında sənədli film çəkir.

Musavat.com xəbər verir ki, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) rəhbəri Denis Puşilin çərşənbə axşamı Siqal ilə görüşdən sonra bildirib:

“Stiven qeyd etdi ki, KİV-də münaqişə haqqında danışanların 98 faizi heç vaxt Donbasda olmayıb, ona görə də dünya həqiqəti bilmir. Buna görə də o, əsl həqiqətlər haqqında sənədli film çəkəcək. Stiven bununla da dünyanın müharibəyə münasibətini dəyişmək istəyir”.

Daha sonra Puşilin bu işin heç də asan olmadığını qeyd edərək, aktyora uğurlar arzulayıb.

Rusiyanın məşhur “Film Fond”u isə Stiven Siqalın Donbasla bağlı sənədli filminə vəsait ayırmayacağını açıqlayıb. 

“Stiven Siqala Donbasdakı hadisələrlə bağlı sənədli filmin maliyyələşdirilməsində kömək edə bilməyəcəyik. Bizim sənədli filmləri dəstəkləmək missiyamız yoxdur”, - deyə fonddan bildirilib.

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR